29 Yanvar 2016 19:11
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda “İnstagram”da heç kimin rəyinə reaksiya vermirəm”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Bizimləsən” verilişində müğənni Xatirə İslam deyib: “Sosial şəbəkə istifadəçiləri arasında yaxşı, pis, savadlı, savadsız və s. insanlar fikir bildirirlər. Hər insan bir söz yazır, onların hamısına cavab verməyəcəm ki? “İnstagram”da son vaxtlar rəylərə çox kəskin reaksiyalar verirdim. Ağlım olmayıb. İki ay əvvəl əsəbləşmişdim. Bunu isə yaşla əlaqləndirmirəm. İki aya ağıllanmaq olmaz. Həmin insanam. Sonra gördüm ki, mənə pis rəy yazanlar, iki gündən sonra yazır ki, sən necə gözəlləşmisən, dünyada səndən yaxşı adam yoxdur. Ondan sonra şərhləri oxumuram”.

X.İslam bir müddət əvvəl sosial şəbəkədə insanları təhqir etmişdi.

Rəqsanə


Müəllif: