30 Yanvar 2016 01:39
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bozun 50 çaları” filminin növbəti seriyasının çəkilişinə hazırlıq gedir.

Publika.az xəbər verir ki, filmdə baş rolu aktrisa Kim Besincer canlandıracaq. O, filmdə Yelena obrazında olacaq. Yelena filmin kişi qəhrəmanı olan Kristian Qreyin həyatının vacib xanımıdır. Romanda deyilir ki, Yelena Kristianı hələ gənc oğlan vaxtlarından tanıyır. Həmin vaxtlar Kristian təcrübəsiz biri olub və Yelena ona hər şeyi özü öyrədib. İllər sonra onların yolu yenidən kəsişib. Besincer isə erotik filmlərdə kifayət qədər təcrübəlidir. “Doqquz həftə yarım” filmində Kim həmkarı Mikki Rurk ilə artıq bu janrda olan filmdə çəkilib. Məhz həmin filmdə oynaması rejissorların Kim ilə çalışmaq həvəsini artırıb. Hazırda 62 yaşı olan aktrisa yenidən erotik filmdə çəkilməkdən qorxmadığını və özünə əmin olduğunu bildirib.


Müəllif: