31 Yanvar 2016 14:45
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud aktrisası Kim Beysinqer "Bozun 50 çaları" filminin sikveli olan "50 çalar daha tünd" erotik dramında çəkiləcək.

Teleqraf.com xarici mətbuata istinadən məlumata görə, hazırda Universal studiyası ilə danışıqlar final mərhələsindədir. 62 yaşlı aktrisa iş tərəfdaşı və filmin baş qəhrəmanı Kristian Qreyin keçmiş məşuqəsi Yelena Linkoln rolunu oynayacaq. Məhz Yelena Kristianı BDSM ilə tanış edib. Filmin çəkilişləri cari ilin fevral ayının ortasında başlayacaq.

Premyera 10 fevral 2017-ci ilə planlaşdırılıb. Aktyorlar Dakota Conson (Anasteyşa) və Ceymi Dornan (Qrey) filmə qayıdacaqlar. Layihədən Sem Teylor-Consonun getməsindən sonra filmin rejissoru Ceyms Fouli ("Kart ev") təyin olunub.


Müəllif: