10 İyun 2014 00:27
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəsinin ən gözəl qızı olmaq üçün yarışan Pensilvaniyalı(ABŞ) Valerie Gatto etirafları ilə hamını şok edib.

Publika.az xəbər verir ki, 24 yaşlı Valeria Gatto bir təcavüzdən doğulan uşaq olduğunu etiraf edib. “NBC” televiziyasına qonaq olan Gatto “anam hələ 19 yaşında ikən təcavüzə uğrayıb” deyib:

“Anamı bıçaqla qorxudaraq təcavüz ediblər. Atamın kim olması barəsində heç bir fikrim yoxdur. Ancaq anam həmişə mənimlə söhəbtində ” başıma çox pis şeylər gəlib. Pis bir insan məni incidib. Ancaq sonra tanrı səni mənə verdi” deyirdi”


Müəllif: