1 Fevral 2016 12:35
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Model İrina Şeyk Hollivud ulduzu Bredli Kuperdən ayrılıb.

Buna səbəb Bredlinin anası Qloriya olub. Yaxınları deyir ki, qadınlar uzaqdan yaxşı yola gedirmiş kimi görünsələr də, Qloriya onların evliliyini təsdiqləməyib. O, oğlunun İrina ilə xoşbəxt olacağına inanmayıb. Ailəyə yaxın insanlar son həftələr bu gərginliyin artdığını deyirlər:

"Hər şey yaxşı idi. Amma qış tətili dövründə Kuper sevgilisini anasının Nyu-Cersidəki evinə apardı. Bir müddət orda yaşadılar. İrina ilə Qloriya arasında çox böyük mübahisələr baş verdi. Bredli anası ilə çox yaxın olduğu üçün onun tərəfini tutmalı oldu".

Qeyd edək ki, keçən ilin əvvəlində futbolçu sevgilisi Kriştiano Ronaldodan ayrılan rus gözəl bir müddət sonra aktyorla tanış olmuşdu. Onların bu yay evlənəcəyi gözlənilirdi./axşam.az


Müəllif:

Oxşar xəbərlər