1 Fevral 2016 19:52
1 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin ən tanınmış aktrisalarından sayılan Məltəm Cumbuldan dərs almışam”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “ATV maqazin onlarla” verilişində aktrisa Könül Nağıyeva deyib: “Məltəm Cumbulun özəl dərslərinə də gedəcəm. Türkcə nitqimi təkmilləşdirmək üçün kursa getməliyəm. Artıq “Dönüş” filmində türk qızını canlandırdım. Eləcə də, “Kız kaçıran” komediya filmində maraqlı obraz canlandırmışam. Bu filmə ümidlərim böyükdür. Məni tezliklə dünya layihəsində görəcəksiniz. Bir neçə xarici ölkənin layihəsidir. Hələ ki, ətraflı danışmaq istəmirəm”.

K.Nağıyeva şəxsi həyatı haqqında da danışıb: “Hər bir qadının həyatında münasibətdə olduğu insan olmalıdır. Həqiqətən də, xoş sözə ehtiyacım var. Bu rəfiqə deyil, sənin ikinci yarın olmalıdır. Amma mən bu gün öz enerjimi və fikirlərimi işimə yönləndirmişəm. İnşallah, işlərimi düzüb-qoşduqdan sonra şəxsi həyatım haqda düşünəcəm”.

Rəqsanə


Müəllif: