Məşhur modelyer Deniz Berdan həyat yoldaşı və uşaqlarıyla birgə getdiyi İsveçrə tətilində qorxunc qəza ilə üzləşib.
Xizək sürərkən başqa biri ilə toqquşan modelyer uzun müddət yerdə hərəkətsiz qalıb. Təcili vertolyotla xəstəxanaya aparılan Berdan əməliyyat olunub. O, sosial mediadan vəziyyəti haqda xəbər verərək yazıb:
"Nə qədər diqqət edirsinizsə, edin, amma hər zaman birinin sizə arxadan kiminsə vurma ehtimalı var. Bədəninizi qoruyan əşyaların hamısından istifadə edin. Belim sınıb. Arıq olduğum üçün belimi açmağa ehtiyac qalmadığı üçün kənardan mil taxaraq sabit saxladılar"./axşam.az