2 Fevral 2016 16:18
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev Beynəlxalq Gənclər Günü münasibətilə gəncləri təbrik edib.

Teleqraf.com xəbər verir ki, xalq artisti bu haqda sosial şəbəkədə yazıb: “Bu gün Beynəlxalq Gənclər Günüdür. Əslində, ruhən gənc, cavan olan hər kəsə bu təbrikdən pay düşür. Belə bir deyim var ki, "Gənclik təkamülün çarpan ürəyi, düşünən beynidir". Döyünən ürəyiniz, düşünən beyniniz yalnız xoş gələcəkdən, nurlu sabahlardan yararlansın.

Arzum budur ki, illər ötsə belə zahirən cavan, ruhən gənc qalasınız. İllər üzünüzdən təravəti, qəlbinizdən fərəhi yox eləməsin. Gənc ikən görülməsi vacib olan işləri axsatmayaq ki, gələcəkdə gəncliyimizlə bağlı xatirələrdən həzz alaq! Bir daha Azərbaycanın bütün gənclərini, Gənclər Günü münasibəti ilə təbrik edirəm!”

Rəqsanə


Müəllif: