“Kim günahsız insanlara şər atır, Allah onu cəzalandırır”.
Bu sözləri Teleqraf.com-a əməkdar artist Elza Seyidcahan deyib. O, xalq artisti İlhamə Quliyevaya mətbuatda “Anakonda” demədiyini qeyd edib: “Artıq danışmağa ehtiyac yoxdur. Xahiş edirəm, öz çirkli söhbətləri ilə ruhumuzu çirkləndirməsinlər. Yaradıcılıqla məşğul olmaq lazımdır. Bir-birimizə qarşı qısqanc və kinayəli olmayaq. Kiməsə “Anakonda” deməmişəm. Konkret ad çəkməmişəm. Hər zaman həyatda güclü insanlara qarşı hücumlar olub. Bir məsəl var: “Əgər səni sevirlərsə, yaxşı insansan. Nifrət edirlərsə, güclüsən”.
Rəqsanə