Maestro Ceyhun “Ondan sonra” verilişində müğənni Elton Hüseynəliyev haqqında maraqlı etiraflar edib.
Teleqraf.com xəbər verir ki, o, Eltonla bağlı maraqlı bir əhvalat danışıb: “Elton Hüseynəliyevi 12-13 yaşından toylara aparırdım. Bir dəfə toy sahibi həyətdə toyxanaya yaxınlaşdı və uşaqlara dedi ki, ay uşaq, çəkilin, alətlərlə işiniz olmasın. Ondan sonra dedi ki, sizin müğənniniz kimdir? Biz də dedik müğənni uşaq kimi qovduğunuz oğlandır. Yenidən qapını açıb keçirdilər. Mənim yanımda toylarda çox gözəl oxuyurdu və bu gün də çox gözəl oxuyur”.
Rəqsanə