3 Fevral 2016 15:34
3 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Flora Kərimova "Şərəf" və "Şöhrət" ordenli Xalq artisti İlhamə Quliyeva barədə danışıb. BiG.AZ-a açıqlama verən sənətkar İlhamə Quliyevanın müğənniləri məhkəməyə verib, milyon manatlarla təzminat istəməsinə belə münasibət bildirib:

" İlhaməyə sözüm qurtarıb, üzümü onun arxasında duran insanlara tuturam. Onlar utansınlar ki, mənim millətimi bu hala salırlar. Onlar utansınlar ki, belə intiriqa yaradırlar, onun hər kəsi hədələyən "zopa" qoluna, nalayiq sözlərlə sənət admalarını təhqir edən dilinə qüvvət verirlər. Dilinə sahib olmayan, özünə vurğun, mənəm-mənəm deyən İlhamə xəstədir, xəstəxanalıqdır. "Şöhrət" ordenini mən başa düşə bilərəm. Çünki, o cavanlıqdan şöhrətdən qıtlıq çəkməyən şöhrətin sahibidir. Ancaq "Şərəf" ordenini onun başına salan və qapı-qapı gəzdirən insandan soruşuram ki, o qədərmi bu millətin qədir-qiyməti yoxdur ki, onun heysiyyətin bu yeddi taclı İlhaməyə qurban verirsən? Bəs deyilmi? Bir belə insanların əsəblərini, şəxsiyyətini "Şərəf" ordenli İlhaməyə qurban verməyə dəyərmi? Bu torpağın övladı deyilsənmi?! Azərbaycanlı deyilsənmi?! İlhaməyə isə deyirəm, sənin ürəyindən məhkmə keçsə, sənə veriləsi heç nəyim yoxdur. Bircə dəmir barmaqlar arası qalıb... Ona da ki, öyrəncəlisən. Şübhə etmirəm ki, Azərbaycana bu rəzaləti də, yaşadacaqsan".


Müəllif:

Oxşar xəbərlər