4 Fevral 2016 10:52
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Uşaqlıq illərimdə ayaqqabılarımın altı deşilərdi”.

Teleqraf.com xəbər verir ki, bu sözləri aparıcı Murad Arif sosial şəbəkədə yazıb: “Yeni ayaqqabı almağa imkanımız olmadığından özümü günahkar sayırdım. Hesab edirdim ki, ayaqqabının altının deşilməsi mənim hiperaktiv olmağımın, səliqəsiz rəftarımın nəticəsidir. Halbuki, o ayaqqabılarım da xalam uşaqlarının köhnəsiydi. Hər ayaqqabımın pəncəsində, bir barmağın rahat keçəcəyi yırtıq olardı. “Karton” kəsib ayaqqabının içinə qoyardım. Bu da ayağımın sudan qorumadığı üçün mamamın toxuduğu corabların üstündən sellofan torba geyinirdim. Rahat deyildi. O vaxtdan soyuğu, qışı sevmirəm. Ən birinci də ayaqlarım üşüyür”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər