10 İyun 2014 13:46
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Tibb Assosiasiyası bu gün bəyan edib ki, transseksuallar bundan sonra cərrahi əməliyyat etdirmədən və hormonal terapiya kursu keçmədən istənilən cincə mənsub olduqlarını şəxsiyyəti təsdiq edən sənədə yazdıra bilərlər.

Cinsi azlıqlar bunun üçün sadəcə ərizə ilə Amerika Tibb Assosiasiyasına müraciət etməlidirlər.

Assosiasiyanın bu qərara gəlməsinə keçən həftə Nyu-Yorkda qəbul edilən qalmaqallı qanun layihəsi olub. Nyu-Yorkda qəbul edilən qanun layihəsində şəxs istədiyi zaman cərrahi müdaxiləyə ehtiyac duymadan cinsiyyətini dəyişə bilər.

İndi ABŞ-da istənilən transseksual yeni kimliklərini əks etdirən şəxsiyyəti vəsiqəsini çox asanlıqla əldə edə biləcəklər.

Maraqlısı budur ki, bu qanunu cərrahlar da təsdiqləyiblər. Onlar cinsiyyətlərini rəsmən dəyişdirmək istəyən insanların cərrahi müdaxilə isə orqanizmlərinin artıq yüklənməsinin əleyhinə olduğunu bildiriblər./anspress/


Müəllif: