7 Fevral 2016 01:35
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli aparıcı və model Ebru Şallının oğulları bir neçə gündür xəstədir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, modelin 11 yaşlı oğlu Beren xəstəxanaya yerləşdirilib. Həkimlər onun donuz qripi kimi tanınan H1N1 virusuna yoluxduğunu bildirib. Ebrunun 5 yaşlı oğlu Pars da qripə yoluxub.

"Bu qış tətilimiz xəsətəliklərlə mübarizə apararaq keçdi. Beren indi yaxşıdır. Pars isə adi qripə yoluxub. İstirahətim məhv olub, amma mənim üçün əsas övladlarımdır" deyə, Şallı bildirib.


Müəllif: