Müğənni Elton Hüseynəliyev xalq artisti Brilliant Dadaşovanı paxıl insan adlandırıb.
E.Hüseynəliyev “ATV maqazin onlarla” verilişində qeyd edib ki, o, paxıl sənətçilərin sənətini qəbul etmir. Brilliant Dadaşovanın mətbuat katibi Seymur Zəkəriyev Teleqraf.com-a açıqlamasında Eltonun sözlərini cavabsız qoymayıb: “Nə qədər insan var, o qədər də fərqli fikir var. Eltonun belə söz deməsi bizə qəribə gəldi. Çünki hər zaman münasibətimiz normal olub, heç vaxt problem yaşamamışıq”.
S.Zəkəriyev onu da deyib ki, Elton “Bala” mahnısına görə problem yaşayanda xalq artisti onu müdafiə edib: “Elton “Bala” mahnısını ifa edəndə qalmaqal yaşamışdı ki, mahnı erməni mahnısıdır və onu Vaçe Armayan adlı erməni müğənnisi ifa edib. Onda Brilliant xanım Elton Hüseynəliyevi müdafiə etmişdi və “Facebook”da o haqda status yazmışdı, onu tənqid edənləri utandırmışdı”.
Rəqsanə