Prodüser Tolik xalq artisti Aygün Kazımovanın Elton Hüseynəliyev haqqında dediyi sözlərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, prodüser “İnstagram”da bu sözləri yazıb: “Aygün Kazımovanın elədiyini heç kim eləyə bilməz. Eləsələr də o vaxtla bu vaxt arasında çox fərq var. Bu danılmazdır. Aygün Kazımova ola bilər ki, Eltondan inciyib. Bəs mənə maraqlıdır, ay çaqqallar, siz niyə ortalığa düşmüsünüz? İndi mən səhifəmdə Aygün xanıma pis yazsaydım, hamınız mənə qoşulacaqdınız. Aygün xanım bilər, Elton bilər. İkincisi də demək istəyirəm ki, şou-biznesin kişi müğənniləri yığışsalar, istər sənətdə, istər kişilikdə Elton onlardan öndə durar. Bəzilərindən fərqli olaraq... Ona görə də Aygün Kazımova ilə Eltonun küsülülüyünə üçüncü insanın adını yapışdırmayın”.
Rəqsanə