Müğənni Nazənin oğlu Fəxrinin övladından imtina etməsi məsələsinə münasibət bildirib.
Teleqraf.com-a açıqlama verən sənətçi ittihamları rədd edib: “Yayılan söhbətlər övladımın yeni ailəsinə niyə dava salmalıdır ki? Hər gənc oğlanın həyatında səhv ola bilər. Kiminləsə görüşübsə, onu mütləq almalı deyil ki... Oğlum övladından imtina etməyib, alimentini də vaxtında verir. Ürəyi istəyəndə də gedib görür. Bunları gəlinim də bilir. Əgər gəlinim onu təhdid etdiyimi iddia edirsə, mətbuata yox, məhkəməyə müraciət eləsin”.
Nazənin bu şayiələri küsülü olduğu müğənnilər Təranə Qumral və Musa Musayevin yaydığını deyib: “Bu yaxınlarda məhkəmədə düşmənlərimə qalib gəldim. Bunu həzm edə bilmirlər. Elə ona görə də belə yalan xəbərlər yaymağa əl atıblar. Bu, düşmənlərimin işidir. Məni belə sözlərlə gözdən salmağa çalışırlar”.
Qeyd edək ki, Nazəninin 2 yaşında Aylin adlı nəvəsi olduğu və onu hamıdan gizlətdiyi ilə bağlı xəbər yayılıb.