10 Fevral 2016 00:18
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud ulduzu Liam Nison yeni münasibətə başladığını açıqlayıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 63 yaşlı aktyor “İrish İndependent” qəzetinə müsahibəsində 14 fevral – Sevgililər gününü tək keçirməyəcəyini deyib:

“Onun adını çəkmək istəmirəm, amma çox məşhurdur. Sevgililər günündə ona gül dəstəsi göndərəcəyəm”.

Qeyd edək ki, Liam Nison uzun müddət aktrisa Nataşa Riçardsonla ailəli olub. Cütlük 1996-cı ildə ailə qurub. Lakin 2009-cu ildə bədbəxt hadisə baş verib: Nataşa yıxılaraq kəllə-beyin travması almış və dünyasını dəyişmişdi. Nisonun onunla nikahından Deniel və Maykl adlı iki oğlu var.

Liam 1980-ci illərdə özündən 7 yaş böyük aktrisa Helen Mirrenlə də görüşüb.


Müəllif: