10 Fevral 2016 01:21
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boşanmağa hazırlaşdıqları deyilən futbolçu Devid Bekhemlə dizayner Viktoriya Bekhem Nyu-Yorkda bir yerdə görüntüləniblər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, tanınmış cütlük böyük oğulları Bruklin Bekhemlə birlikdə şam edib. Viktoriyanın əlindən tutan Bekhem bununla da əslində münasibətlərinin qaydasında olduğunu sübut edib.


Qeyd edək ki, ər-arvad, hər zaman olduğu kimi, dəbə uyğun geyimləri ilə diqqət çəkiblər.

Xatırladaq ki, Devidlə Viktoriyanın boşanmağa hazırlaşdıqları, hətta futbolçunun Nyu-Yorkda, dizaynerin isə Londonda yaşadığı deyilirdi. Viktoriya Bekhem Nyu-York Moda Həftəsinə qatılmaq üçün ABŞ-dadır.


Müəllif: