11 Fevral 2016 19:47
1 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova son günlərin müzakirə mövzusuna çevrilmiş mövzuyla bağlı yenidən açıqlama yayıb.

Teleqraf.com-a daxil olan açıqlamada müğənni xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun onun haqda səsləndirdiyi fikirlərə münasibət bildirib:

“İlhamə Quliyeva zaman-zaman Flora Kərimova, Nazpəri Dostəliyeva, Elza Seyidcahan və digər sənətçilər haqda xoş olmayan ifadələr səsləndirib. Bəs o zaman mən niyə öz haqq səsimi qaldırmamışam? Çünki adlarını çəkdiyim xanımlar sənətdə yetərincə sözlərini demiş güclü xanımlardır. Onların mənim dəstəyimə ehtiyacları olmayıb. Bundan əvvəlki müraciətimdə səsləndirdiyim fikri bir daha yada salıram. Bu Aygün-İlhamə qalmaqalı deyil. Son günlər baş verənləri jurnalistlərin bu cürə qələmə verməsini istəmirəm. Mənim haqq səsimi bu günlərdə qaldırmaqda səbəbim yazıq hala salınmış, çarəsiz qalmış bir ananın , bir şəhid bacısının, təhqir olunmuş, döyülmüş bir qadının qorxu dolu fəryadına dözə bilməməyim oldu. Bu qadının hamıdan çox dəstəyə ehtiyacı var idi. Çünki o tək idi. Mən bunu etdim, amma yenə də qarşı tərəf əsas mövzunu unutdurmaq üçün əlindən gələni edir. Bütün baş verənləri İlhamə-Aygün qalmaqalı ətrafına istiqamətləndirir. Bir daha sizi əsas mövzudan, mətləbdən uzaqlaşmamağa səsləyirəm. İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun mətbuata son açıqlaması da əsas mövzudan yayındırmaq şousunun bir hissəsidir. Ana və oğulluğun müxtəlif vaxtlarda verdikləri müsahibələrdə mənim haqq səsimi ucaltmağımı Natavan Həbibinin adını hallandırıb, onu səbəb kimi gündəmə gətirirlər. Amma bu çox yanlış və məntiqsizdir.

İndi isə keçək, mənim Ilhamə Quliyevanın oğlunun həbs olunması ilə bağlı səsləndirdiyim fikirlərə əks tərəfin reaksiyasına. Bəli, mən faktlarla danışıram. Həmin şəxsin həbs olunması uzun müddət mətbuatın gündəmində oldu. Mətbuatdan xatırlatmalara ehtiyac varsa, bir daha nəzərinizə çatdırıram.

Mətbuata istinad: Azərbaycanın xalq artisti İhamə Quliyevanın oğlu Orxan Nadirov 2008-ci il may ayının 8-də Milli Təhlükəsizlik Nazirlinin keçirtdiyi əməliyyat nəticəsində xidmət etdiyi hərbi hissədə həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü maddəsi: (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlanma, istehsal etmə, əldə etmə , saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunub. Barəsində üç aylıq həbs qəti imkan tədbiri seçilib.

Mətbuatdan olan növbəti istinad: 14 yanvar 2016-cı il xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və dostu Vüqar Bəkirov Heydər Əliyev adına hava limanında saxlanılıb və Binəqədi Rayon Polis İdarəsinə gətirilərək Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil veriliblər. Hər iki şəxsdən heç yerə getməməsi barədə iltizam alınıb. Orxan Nadirovun və onun tanışının azad edilməsi heç də onların barəsində cinayət işinin başlanmadığını söyləməyə əsas vermir.

Bu faktları ki, mən özümdən demirəm?! Mən hər zaman kimi 4-cü hakimiyyətimizdə, mətbuatımızda gedən xəbərləri izləyirəm və ona istinadən söyləyirəm.

Mənim nəslimə baxmağımı təklif edən İlhamə Quliyevanın oğulluğu! Hə, niyə oğulluğu deyirəm, bu mövzuda da danışmaq istəyirəm. Çünki zaman-zaman elə mətbuatda Orxan Əhmədağa oğlu Nadirov İlhamə Quliyevanın doğma övladı deyil, müğənninin xalası qızı Lalə xanımın oğludur. “İlhamə Quliyeva Orxanı oğulluğa götürüb” kimi yazılar yazılıb. İndi isə bu şəxs məni nəslimə baxmağa çağırır? Mən Aygün Kazımova Ələsgər qızı. Atam Kazımov Ələsgər Kazım oğlu, atamın atası Kazımov Kazım, anam Kazımova Fizzə Ələkbər qızı, anamın atası Ələkbərov Ələkbər. Atam Naxçıvan Muxtar Respublikası Sədərək rayonunda dünyaya gəlib. Anam isə İrəvan mahalı Zəngibasar rayonu Seyidlər kəndində. Özüm isə Bakı şəhərində dünyaya gəlmişəm. Baxın, bu mənim nəslim. O isə onun nəsli.

Qaldı ki, açıb ortalığa qoymalı məsələlərə, varsa, desin. Mənim şəxsən özümə də çox maraqlıdır. Mənim bu xalqdan gizlətdiyim heç nə yoxdur. Həyatımda baş verən hər bir hadisəni, dərdimi, sirrimi, sevincimi, nifrətimi, sevgimi, xəyanətimi hər zaman tamaşaçımla bölüşmüşəm. Mənim sirdaşım tamaşaçım olub. Hələlik sonuncu sözüm isə qələtlə bağlıdır. Hərfi tərcümədə “qələt” “səhv etmək” mənasındadır. Hər bir insanın bu həyatda səhvi olub. Amma elə səhvlər var ki, o, bağışlanmır. Etdiyi səhvi isə başqasının boynuna atmaq heç bağışlanmır. İndi isə siz mənə deyin, qələti kim edir?”

Qeyd edək ki, O.Nadirov Aygün Kazımovanın “İlhamə anasını döyürdü, onu pilləkəndən yıxdığı üçün öldü” sözlərinə münasibət bildirib:

“Aygün çox böyük qələt edir. Bunu açıq aşkar onun özünə də deyə bilərsiniz. Əgər bu sözlərimdən sonra sözü olsa, zəng etsin mənə. O hadisə ehtiyatsızlıqdan olub”.


Müəllif:

Oxşar xəbərlər