14 Fevral 2016 01:37
981

Müğənni Vüqar Muradov toy tarixini açıqlayıb.

Müğənninin Teleqraf.com-a açıqlamasına görə sevdiyi xanımla evlənir: “Toyum iyun, ya da sentyabrda olacaq. Hələ ki, toyun dəqiq hansı ayda olacağı müəyyənləşməyib. Xanım rayonda yaşayır, sevdiyim xanımdır. Ailənin seçimi ilə evlənəndə xanımı ailənin xətrinə saxlayırsan. Amma öz sevdiyinlə evlənəndə onun hər kaprizlərinə dözürsən. Mənə əvvəlcədən nə isə demək düşmür. Göz-nəzərə inanıram. Qorxuram ki, toyum alınmasın”.

Müğənni toy mərasiminin mediaya qapalı olacağını da vurğulayıb: “Toyum mediyaya açıq olmayacaq. Mənim toyumu niyə xalq görməlidir?”.

Rəqsanə


Müəllif: