15 Fevral 2016 11:53
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Natəvan Həbibi “Atv maqazin onlarla” verilişində “Hit-parad”ın qonağı olub.

Teleqraf.com xəbər verir ki, Natəvan xalq artisti Flora Kərimovanın onun haqqında səsləndirdiyi “Onda istiqanlılıq yoxdur. Nə isə ona isti münasibət göstərməyimə mane olur. Sanki mənimlə arasında aysberq var” fikirlərinə münasibət bildirib. O qeyd edib ki, münasibətdə soyuqluq varsa, yəqin onu çatdırmağı bacarır: “Kimə soyuq münasibət göstərirəmsə, onu həyatda da bildirməyə çalışıram. Xarakterimdə ikiüzlülük yoxdur. Yalandan sizi çox istəyirəm deyə bilmərəm”.

Müğənni sıralama zamanı Elza Seyidcahana 10 bal verib: “Bu əsrdə Elzanın qədrini bilmədilər. Hər uşağın da başı deyil ki, onun musiqisini lağa qoysun”.

N.Həbibi Xatunu 5 bal ilə qiymətləndirərək deyib: “Sağ göstərib, sol vurur. “Xatuşka”, “Baltuşka” əlaçısan və sənə 5 bal düşür. Onun parodiyası, xüsusilə Xumar Qədimovanın parodiyası çox xoşuma gəlir. Gülməli alınıb. Bir dəfə məni də parodiya etmişdi və göstərmişdi. Duzsuz çıxmışdı. Qorxma məhkəməyə verməyəcəm”.

Müğənni ilk üçlükdə Samir Piriyev, Sevda Yəhyayeva və Miri Yusifi görüb.

Rəqsanə


Müəllif: