17 Fevral 2016 14:03
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Elgiz Əkbər efirə qayıtmasından danışıb.

Onun Teleqraf.com-a açıqlamasına görə, efirə nə vaxt çıxacağını dəqiq müəyyənləşdirməyib: “Həftənin birinci günü işə çıxmışam, amma bu, o demək deyil ki, birinci gündən efirə çıxmalı idim. Efirə çıxmağım bir az zaman tələb edir. Çünki çoxlu mövzular var, onların üzərində işləyirəm, araşdırıram. Efirə çıxarkən mövzuya uyğun süjetlərimin olmasını istəyirəm. İşə çıxmaqla, efirə çıxmağı səhv salmamalıyıq. Tamaşaçılarımı çox sevirəm, böyük dəyər verirəm. Daha keyfiyyətli mövzularla efirə qayıtmaq istəyirəm. Düzdür, hər zaman buna fikir vermişəm. Dəqiq nə vaxt efirə qayıdacağımı isə müəyyənləşdirməmişəm”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər