19 Fevral 2016 10:23
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Röya Ayxan "V Element" verilişinin qonağı olub.

Teleqraf.com xəbər verir ki, sənətçi yaradıcılığı və şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib: "W-trio qrupunda qızlar - Natəvan və Elnarə həmişə mənə lağ edirdilər. Çünki mən ingilis dilini bilmirdim. Mənə deyirdilər ki, pul qazanmaq üçün toyxanalarda oxuyacaqsan. Onlar elə bilirdilər ki, arvadlardan ibarət ansambl ilə aşıq mahnısı ifa edəcəm. Bu gün Natavan və Elnarənin geyiminə baxanda deyirəm ay... (gülür). Onlar mənim siqaret çəkməyimi Vaqif Gərayzadəyə satdılar. Guya mən siqaret çəkməklə onlara ləkə gətirə bilərəm. O da məni danladı və ağır sözlər dedi. Bilirdi ki, sevgilim var. Evə gəldim, çox pis oldum. Ondan sonra tək oxumağa qərar verdim. Dedim ki, qrupdan gedirəm və söz verirəm ki, deyilən sözün heç biri olmayacaq. Stollarda oxuyub pul qazanmayacam, eləcə də kiminsə pulu ilə oturub-durmayacam. Bunu sizə sübut edəcəm və sübut etdim. Əməkdar artist fəxri adını alan gün Vaqif müəllim mənim üçün kətə bişirib gətirmişdi. Hər şey başqa cür oldu. Elnarə və Natəvan ilə heç vaxt dava etməmişik. Artıq hər birimizin öz çevrəsi var".

R.Ayxan əməkdar artist olduqdan sonra geyiminə qadağa qoymadığını deyib: "Geyimimlə bağlı qadağa qoymadum. Onsuz da açıq geyinəcəm. Bu sənətdə ət göstərməlisən".

R. Ayxan eks həyat yoldaşı Anar Cəlilovdan da danışıb: "Anarla ailə qurmağım ən gözəl addımım olub. O nağıl bitməyib, oğlum var və ona görə bu nağıl heç vaxt bitməyəcək. Yaxşı ki, oğlumu elə bir insandan dünyaya gətirmişəm. Anarla evli olan vaxt bizim evdə yüksək səs eşidilmədi. Oğlum indiyədək elə bilir ki, biz danışmırıq, barışacağıq. Ona hörmətim var və ömür boyu da olacaq. O, çox gözəl insan idi. Oğlumu çox gözəl ailədən dünyaya gətirmişəm. Buna görə sevinirəm".

Sənətçi aparıcının "Elton Hüseynəliyev ilə duet oxuyacaqsınızmı? sualına "Mövzunu dəyişək, onu tanımıram" deyə cavab verib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər