11 İyun 2014 15:01
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sənin kimi ağsaqqalım olmaqdansa, Konçita kimi müğənnim olmağı məsləhətdir”

Azərbaycan Dövlət Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov mətbuatda gey, mavi aparıcıları sərt tənqid edib və onların efirdən uzaqlaşdırılmaları barəsində fikirlər yürüdüb.

Teleqraf.com “Oxu.Az”-a istinadən xəbər verir ki, həkimin bu sözlərinə biganə qalmayan prodüser Tolik onu öz İnstagram səhifəsində təhqir edib:

“Bu kişinin Əli Mirəliyevdən fərqi odur ki, bu, savadlıdır. Amma danışığı, fikirləri Əli Mirəliyevlə birdir. Buna ağsaqqal deyənin ağlı yoxdur. Bunun universitetdə öyrətdiyi tələbə nə olacaq? Gör biz nə günə qalmışıq ki, bu ölkədə ağsaqqal da aparıcılara, “mavi”lərə söz atıb, efirlərin bağlanmasından danışır. Sənin kimi ağsaqqalım olmaqdansa, Konçita kimi müğənnim olmağı məsləhətdir!”.

Aytən


Müəllif: