Çinli rəssam və aktivist Ay Veyvey Berlin kinofestivalı çərçivəsində "Sülh üçün kino" tədbirinin qonaqlarına süriyalı qaçqınların istifadə etdiyi xüsusi örtüyü geyinməyi təklif edib.
Tədbirin qonaqlarına bu örtüklərdə şəkil çəkdirmək təklif olunub. Belə şəkilləri aktrisa Şarliz Teron və Pussy Riot-un üzvü Nadejda Tolokonnikova çəkdirib.
Bu, Ay Veyveyin Suriya qaçqınları probleminə reaksiya olaraq etdiyi Berlində ilk aksiya deyil. Fevralın 15-də çinli rəssam Almaniya paytaxtında Konsert zalının sütunlarını qaçqınların 14 min narıncı xilasetmə jiletinə sarımışdı. Fevralın 1-də o, həyatını itirən suriyalı oğlan Aylan Kurdinin fotosunu üzəridnən öz yeni işini təqdim etmişdi.