Aşıq Samirə Əliyeva keçmiş həyat yoldaşı Rizvan Məmmədovla birlikdə yayılan səmimi fotolarından danışıb.
Axşam.az-ın məlumatına görə, ifaçı “Hər şey daxil” verilişində barışıq olub-olmaması ilə bağlı sualları cavablandırıb: “Ramal İsrafilovun balasının ad günündə rastlaşdıq. Dostluq münasibətimizi saxlamışıq. Düşmən deyilik. Ayrılanda da gərək yer qoyasan ki, üz-üzə gələndə salamlaşasan. O, mənim uşaqlarımın atasıdır, mən də onun övladlarının anasıyam. Müəyyən münasibətlər qorunub saxlanmalıdır. Yenidən birləşməyə gəldikdə isə... Qismət... İnşallah”.
S.Əliyeva "Belə mehriban idinizsə, niyə ayrılırdınız" sualına isə "Uzaq olanda daha şirin olursan" deyə, cavab verib.