20 Fevral 2016 15:05
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki il əvvəl müğənni Keşa prodüsseri Doktor Lyuku məhkəməyə verib.

O, buna əsas kimi prodüsserin onu işlədikləri 10 il ərzində seksə və qanunsuz preperatlara məcbur etməsini göstərib. Müğənni D.Lyukun işlədiyi "Sony" ilə işçi öhdəliklərinin ləğv edilməsini tələb edərək onlarla əməkdaşlığa davam etmək istədiyini deyib. Prodüser isə özünü itirməyərək qarşılıq göstərib. O, Keşanı məhkəməyə verərək müqaviləsinin pozulmasında və ona şər atmasında günahlandırıb.

Bu gün Manhetten məhkəməsində ifaçının iddiası üzrə dinləmə keçirilib. Hakim qərarını açıqlayanda Keşa özünü saxlaya bilməyərək ağlamağa başlayıb. Qərara əsasən, onun "Sony" şirkəti ilə müqaviləsini tələb etməsi rədd edilib. Həmçinin ulduz eyni prodüserlə işləməyə davam etməli və 6 disk buraxmalıdır.

Keşa bildirib ki, o, yenidən Lyukla işləməkdən qorxur. Amma eyni zamanda "Sony"dən başqa prodüserlə işləsə, şirkətin onu reklam etməyəcəyindən narahatlığını bildirib.

Beləliklə, ifaçı "Sony"nin, xüsusilə də, Doktor Lyukun təliflərini qəbul etməsə, karyerasını bitirmək məcburiyyətində qalacaq.

Sosial şəbəkələrdə isə artıq #freedomforKesha" (Keşaya azadlıq) heşteqi yayılıb. Artıq dünya ulduzları - Ledi Qaqa, Kelli Klarkson, Lorde, Ariane Qrande və digərləri həmkarları Keşaya dəstək olduqlarını bildiriblər./Axşam.az/


Müəllif:

Oxşar xəbərlər