21 Fevral 2016 11:07
1 717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xatirə İslam evinin qapısını "Evdəkilərə salam" verilişinin heyətinin üzünə açıb.

Müğənni oğlu və həyat yoldaşı ilə kamera önünə keçərək, maraqlı açıqlamalar veriblər. Verlişin aparıcısı Aytəkin Mərdanovanın sualına cavab olaraq X.İslamın həyat yoldaşı bunları danışıb:

"Xatirəyə yaradıcılığında dəstək göstərirəm. Fərqli xarakterlərimiz olsa belə, ortaq məxrəcə gəlməyi bacarırıq. Bəzi məqamlarda güzəştə gedirəm. Yeri gələndə qısqanıram. Qısqanmayan kişi laqeyd kişidir".

Daha sonra mətbəxə keçən Xatirə İslam aşpazlıq məharətini göstərdi. Qeyd etdi ki, yemək bişirəndə binanı qoruyan mühafizəçilərə belə o təmlardan pay verir. Qonşularından söz salan Xatirə bunları qeyd edib:

"Qonşularım çox istiqanlıdırlar. Oğlum əməliyyatdan çıxıb gələndə, elə qohumlarım var, xəbər almadılar. Amma qonşularım bir-bir soruşdular".

Veirlişin növbəti hissəsində xalq artisti Zabit Nəbizadə X.İslamın evində qonaq olub. Bəlli olub ki, sənət dostlarının birgə layihəsi yaxın günlərdə təqdim ediləcək.//Gecce.az


Müəllif:

Oxşar xəbərlər