Xalq artisti Məleykə Əsədova seriallara çəkilməməsinin səbəbini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, aktrisa “Hər şey daxil” verilişində seriallardan təklif gəldiyini, amma ssenari xoşuna gəlmədiyinə görə çəkilmədiyini deyib: “Sənətimi sevirəm və məni Məleykə Əsədova edən sənətimdir. Bu gün efirdə görünmək naminə verilişlərə və seriallara çəkilmək istəmirəm. Buna görə inciməsinlər. Bu, özündən razılıq deyil, sənətimə hörmət edirəm. Seriallardan təklif gəlir, ssenariləri oxuyuram, amma özümü orada görə bilmirəm. Mənimlə işləyən tərəf müqabillərim də istedadlı olmalıdır. Eləcə də rejissor, operator işi. Bu sənət kollektiv sənətdir. Əminliklə deyirəm ki, Məleykə Əsədova seriallarda çəkilsə, türk seriallarına yox, Azərbaycan seriallarına baxacaqsınız”.
Rəqsanə