Qalmaqalları ilə gündəmdə olan "Kısmetse olur"un aparıcısı Seda Akgül şəxsi həyatı barədə "Hürriyet"ə danışıb.
O, jurnalistin "yumurtalarınızı dondurmağınız nə ilə əlaqədardır? Kişi qıtlığıdır?" sualına belə cavab verib.
"Düşünürəm ki, məndən uşağı olmaq istəyən və ya evlənmək istəyən çox kişi var. Madam ki, tibb qadınlara 80 yaşında ana olmaq imkanı verir, mən niyə bu fürsətdən yararlanmayım? Hal-hazırda uşağım olmasını istəmirəm. Çünki ona atalıq edəcək birinin olmadığını düşünürəm".
Aparıcı intim həyatı ilə bağlı açıqlamalar verərək: "Ən kök halımda belə hər şey normal idi. Çəkisi çox olan kişiləri xoşlamıram. Belə bir məsəl var: "Xoruzun yaxşısı piy tutmaz", - deyib.
Milli.Az