Top-model Jizel Bundhen Colcci Braziliya brendinin yeni siması seçilib. Reklam kampaniyasında onun tərəfdaşı Skott İstvuddur.
Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, San-Pauluda çəkilən payız-qış 2016 kampaniyası "Təbiətə səyahət" adlanır. Top-modellə birlikdə Colcci üçün Klint İstvudun oğlu Skott da poza verib. Kampaniyanın müəllifi braziliyalı fotoqraf Qi Paqaninidir. Payız-qış kolleksiyasında çiçək printli, krujevalı və təbiət çalarları dolu olan maksi və mini geyimlər, eləcə də denim daxil olub.
Teleqraf.com fotoları təqdim edir:
Ramal