29 Fevral 2016 09:54
1 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mətanət İsgəndərliyə səhnəmizin "kleopatrası" adı verilib.

Müğənni bu haqda “ATV maqazin onlarla” verlişində danışıb: “Mən şou-biznesin kleopatrasıyam. Biri var özün-özünə bu adı verəsən, bu gülməli çıxar. Biri də var sənə insanlar bu adı verir”.

M.İsgəndərli bu titulu 20 ildən çoxdur daşıdığını deyib:

“20 ildir ünvanıma bu adı eşidirəm. İlk solo konsertimdə kleopatra obrazında fotosessiyam oldu. Əvvəldən bilmirdim ki, afişalarda mən bu fotolarla təqdim ediləcəm. Konsertdən sonra səhnəyə kleopatra kimi çıxmaq təklifləri gəldi. Yalançı ilan da tapıb gətirdilər ki, boynuma dolandırım. Hətta onu da deyim ki, ilk Hürrəm Sultan obrazını da mən etmişəm. Sonradan dəb halını aldı. Bundan sonra yəqin özünə “kleopatrayam" deyənlərin də sayı çoxalacaq”.//axşam.az


Müəllif:

Oxşar xəbərlər