2 Mart 2016 17:11
2 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlhamənin Flora adlı qızı yoxdur. Yazığı rahat yatmağa qoymurlar. Günahdır. Onun sənətindən danışsınlar. Axı İlhamə Quliyevanın Azərbaycan musiqi mədəniyyətində böyük xidməti var”.

Bunu Teleqraf.com-a əməkdar artist Firuzə İbadova deyib. Əməkdar artist onu da deyib ki, İ.Quliyeva bir dəfə hamilə olub, amma uşağı ölü dünyaya gətirib: “İlhamə xanım hamilə olub. Amma uşaq ölü doğulmuşdu. Bu hadisə 70-ci illərin ortasında baş verib. Ondan sonra İlhamə xanım həyatdan küsdü və “Mən ailə həyatı qurmayacam və artıq övlad da istəmirəm” dedi. O, bir xanım kimi həyatından küsdü. Qismətdir və bu hamının başına gələ bilər”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər