Mərhum müğənnimiz keçən ay mediada ən çox anılıb...
Media Təqib Mərkəzi şou-biznes nümayəndələri ilə bağlı ölkədə ilk dəfə olaraq aylıq monitorinqləri təqdim etməyə başlayıb.
***
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin fevral ayı üzrə analiz işini yekunlaşdırıb.
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Şirkət şou-biznes nümayəndələri ilə bağlı ölkədə ilk dəfə olaraq fevral ayı üzrə məlumatları təqdim edir.
2016-cı ilin fevral ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 22522 xəbər yerləşdirilib. Bunlardan 1351 xəbər mənfi, 36 xəbər müsbət və 21135 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: İlhamə Quliyeva (953 xəbər - müğəninin və oğlunun haqqında olan mənfi iddialar, digər müğənnilər arasında olan konfiliktlər və s), Elton Hüseynəliyev (136 xəbər - Aygün Kazımovanın onu təhqir etməsi), Röya Ayxan (103 xəbər - Natavan Həbibinin müğənnini “çuşka” adlandırması). Müsbət xəbərlər isə prodüsser Tarix Əliyevə (36 xəbər - Dağıstanın "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülməsi) məxsusdur.
Xəbər sayına görə sıralama:
1. lhamə Quliyeva 6215 xəbər
2. Aygün Kazımova 2047 xəbər
3. Röya Ayxan 1171 xəbər
4. Elza Seyidcahan 1005 xəbər
5. Flora Kərimova 859 xəbər
6. Nazpəri Dostəliyeva 676 xəbər
7. Natəvan Həbibi 640 xəbər
8. Brilliant Dadaşova 521 xəbər
9. Tarix Əliyev 504 xəbər
10. Nadir Qafarzadə 430 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 655 xəbər dərc edilib. Bu xəbərlərdən 615-i neytral, 1-i müsbət, 39-u isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: İlhamə Quliyeva (25 xəbər - müğəninin və oğlunun haqqında olan mənfi iddialar, digər müğənnilər arasında olan konfiliktlər və s), Aygün Kazımova (7 xəbər - İlhamə Quliyevanın oğlunun müğənnini təhqir etməsi). Müsbət xəbər isə prodüsser Tarix Əliyevə (Dağıstanın "əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülməsi) məxsusdur.
Xəbər sayına görə sıralama:
1. İlhamə Quliyeva 136 xəbər
2. Aygün Kazımova 47 xəbər
3. Röya Ayxan 31 xəbər
4. Flora Kərimova 29 xəbər
5. Elza Seyidcahan 26 xəbər
6. Natəvan Həbibi 24 xəbər
7. Nazpəri Dostəliyeva 23 xəbər
8. Ağadadaş Ağayev 15 xəbər
9. Brilliant Dadaşova 13 xəbər
10. Nadir Qafarzadə 12 xəbər
Fevral ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 245 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
1. İlhamə Quliyeva 60 xəbər
2. Tünzalə Ağayeva 23 xəbər
3. Elza Seyidcahan 10 xəbər
4. Firuzə İbadova 8 xəbər
5. Lalə Məmmədova 8 xəbər
6. Rəşad İlyasov 7 xəbər
7. Əli Mirəliyev 7 xəbər
8. İlhamə Qasımova 5 xəbər
9. Rüfət Axundov 5 xəbər
10. Niyaməddin Musayev 5 xəbər