Rusiyalı model narkotikin təsirindən parti zamanı bacısını vəhşicəsinə öldürüb.
Teleqraf.com xəbər verir ki, hadisə Sankt-peterburq şəhərində fevral 24-ü baş verib. Stefania Dubrovina (17) adlı gənc model, adı açıqlanmayan 42 yaşlı bir kişinin evində ölü tapılıb. Hadisəni araşdıran polis şok edici həqiqəti ortaya çıxarıb.
Polisin məlumatına görə, 140 bıçaq zərbəsi vurulmuş cəsədin gözləri oyulmuş, qulaqları kəsilmiş halda tapılıb. Polisin apardığı istintaq nəticəsində həmin gün evdə birlikdə əyləndikləri Stefanianın 19 yaşlı bacısı Elizaveta həbs olunub. Bacıların yetim olduğunu bildirən polis, Elizavetanın bacısını hədsiz şəkildə qısqandığını açıqlanıb.
Stefania və Elizaveta adı açıqlanmayan 42 yaşlı kişinin evində əyləncə təşkil edib. Kişi içki almağa gedəndə Elizaveta Stefanianı öldürüb. Cinayət zamanı Elizavetanın atdığı yüksək dozada narkotik vasitənin təsiri altında olduğu müəyyənləşib.
Hadisə ilə bağlı istintaq davam edir.
Rüstəm