12 İyun 2014 17:56
2 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev Facebook-da maraqlı təkliflə çıxış edib.

Teleqraf.com xəbər verir ki, aktiv sosial şəbəkə istifadəçisi olan sənətçi statsularından birində Azərbaycan dilini səlis bilənlərə müraciət edib.

“Mən “selfi” sözünu “ŞəxsiƏks” – “şəxsən əks etdirmək” kimi tərcümə etdim. “Selfie” sözünə “özçəkim” kimi tərcümə təklif etməyin. O, Anadolu türkcəsinin məhsuludur. Azərbaycan dilində “çəkim” yox, “çəkiliş” və ya “çəkmək” deyilir.

Daha sonra isə Xalq artisti özünün Rusiyada çəkdiyi fotosunu “Instagram”da “#şexsieks” haştaqı ilə paylaşıb.

“Selfie” sözünün mənası özü öz şəklini çəkmək, özü özünün fotoqrafı olmaq anlamına gəlir. Hamı tərəfindən böyük marağa, əyləncəyə səbəb olan “Selfie” fotolar daha çox “Instagram”, “Facebook”, “Twitter” ,“Google+”, “Linkedin”, “Foursquare”, “Picassa” və s. buna bənzər sosial şəbəkələrdə daha məşhurdur.

Sıravi insanlardan tutmuş, məşhur yerli və dünya siyasətçiləri, şou-biznes əhli “selfie” stilində şəkillər çəkir və onu sosial şəbəkələrdə paylaşırlar.

Aytən Həsənova


Müəllif: