Müğənni Xatirə İslam tədbirlərdən birində fotokameramızın qarşısına keçib. O, hər zaman olduğundan daha arıq və gözəl görünüb.
Publika.az-a açıqlama verən müğənni bacardıqca formada qalmağa çalışdığını bildirib.
Diqqətimizi çəkən məqam isə Xatirənin bir neçə gün əvvəl paylaşdığı status olub. O, artıq çəkidən gileyləndiyini yazmışdı:
“Eşşək boydayam. Paltarlar əynimə gəlmir. Depressiyadayam”.
Xatirə bu fikrinə də açıqlama verib:
“Dostum məni yeməyə qonaq çağırırdı. “Yox” demək üçün belə yazmışdım”.