8 Mart 2016 20:09
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ məhkəməsi hoteldə gizli kamera ilə çılpaq görüntüləri çəkilmiş televiziya jurnalisti - Erin Andrews-ə 55 milyon dollar həcmində kompensasiya ödəmək barədə hökm çıxarıb.

Hadisə 2008-ci ildə Tennessee ştatındakı Nashville şəhərinin hotelində baş verib.

Andlılar məhkəməsinin hökmünə əsasən çəkiliş aparan şəxs təyin edilmiş məbləğin 51 faizini ödəyəcək, yerdə qalan hissəni isə hotelə sahib iki şirkət ödəməlidir.

Fox kanalı jurnalistinin gizli görüntülərini otel nömrəsindəki qapının gözlüyünə kamera quraşdıran Michael David Barrett çəkib.

Daha sonra o, şəkilləri internetə yükləyib.

Erin Andrews çəkiliş aparan şəxs və hotelə qarşı iddiasında 75 mln dollar həcmində kompensasiya tələb etmişdi.

Cənab Barrett jurnalisti təqib etdiyini və qapıdakı gözlüyü dəyişdirməklə gizli çəkiliş apardığını etiraf edib.

Onun dediklərinə görə buna səbəb maddi maraq olub. Videonu satmaq cəhdi baş tutmayandan sonra müəllif onu internetə yükləyib.

Michael David Barrett-ə iki il yarımlıq həbs cəzası kəsilib.


Müəllif:

Oxşar xəbərlər