9 Mart 2016 00:34
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Diriliş Ertuğrul” serialında Gündoğdu obrazını canlandıran Kaan Taşaner çəkiliş vaxtı atdan yıxılıb və qolunu qırıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor əvvəl Baltalimanı xəstəxanasına, ordan da Acıbadem xəstəxanasına aparılıb.

Həkimlər onun dirsəyində qırıq müəyyən elədikdən sonra əməliyyat ediblər. Xəstəxananın həkimi Metin Uzun bu sözləri deyib: “Əməliyyat təxminən 2.5 saat çəkdi. Qoluna platin taxdıq. Hər ehtimala qarşı bir neçə gün xəstəxanada yatacaq”.

Kaan Taşanerin sənət dostları çətin günündə onu tək buraxmayıblar.


Müəllif:

Oxşar xəbərlər