Xalq artisti Aygün Kazımova “5/5” verilişinin qonağı olub.
Aparıcı Zaur Kamal müğənni üçün sürpriz hazırlayıb. Əvvəlcə A.Kazımovanın gözlərini bağlamasını xahiş edən aparıcı studiyaya ifaçının keçmiş duet ortağı və sevgilisi, meyxanaçı Namiq Qaraçuxurlunun oxşarı Elman Məmmədovu dəvət edib.
Onlar birlikdə “Bağlanıram” duetini səsləndiriblər. Gözünü açan A.Kazımova təəccübnü gizlətməyib:
“Bu Tarxanla Namiqin qarışığıdır. Qaşları, saçı, saqqalı eyni namiqdir. Gedək o biri otaqda deyim, hər yerin oxşayır, yoxsa yox”.
A.Kazımovanın bu sözləri studiyada olan hər kəsin gülüşünə səbəb olub.//axşam.az