"Xəzər" televiziyasında yayımlanan və xalq artisti Aygün Kazımovanın da iştirak etdiyi "55" verilişində qanun pozuntusu yoxdur".
Bu sözləri "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.
T.Məmmədov bildirib ki, xalq artisinin həmin verilişdə səsləndirdiyi cümlənin hansı fikri ifadə etdiyini onun özündən başqa heç kim bilmədiyi üçün bu hal qanun pozuntusu hesab oluna bilməz: "Aygün Kazımova verilişdə işlətdiyi fikirlərlə nə demək istədiyini ancaq özü bilir. Onun həmin fikirləri ilə nəyi ifadə etmək istədiyini bilmədiyimiz üçün bu hal MTRŞ tərəfindən qanun pozuntusu hesab edilə bilməz. Yəni verilişdə qanun pozuntusu faktı müşahidə olunmur".
Qeyd edək ki, verilişdə A.Kazımova meyxanaçı Namiq Qaraçuxurlunun oxşarı Elman Məmmədov da iştirak edib. A.Kazımov E.Məmmədovun Namiq Qaraçuxurluya çox oxşadığını deyib: "Gedək, o biri otaqda deyim, tam oxşayırsan, yoxsa yox".
Xalq artistinin işlətdiyi sözlər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.