10 Mart 2016 14:06
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai Televiziya və Radio Yayımları Şirkəti ölkəni 2016-cı ildə “Eurovision” Mahnı Müsabiqəsində Səmra Rəhimlinin təmsil edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, 21 yaşlı ifaçı mayın 10-da ilk yarımfinalda “Eurovision” səhnəsinə çıxaraq “Miracle” mahnısını ifa edəcək.

Səmra 2015-ci ildə “O Səs Türkiyə”, 2016-cı ildə isə “Səs Azərbaycan” müsabiqəsində iştirak edib.
İfaçı və mahnı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən keçirilmiş daxili və gizli səsvermə, o cümlədən 100 televiziya və musiqi eksperti və Avropanın 35 ölkəsindən olan “Eurovision” azarkeşlərinin rəyi əsasında seçilib.

Səmranın “Eurovision”da ifa edəcəyi "Miracle" mahnısının təqdimatı həftə sonu olacaq.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər