11 Mart 2016 12:15
1 607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər xalq artisti Aygün Kazımova ilə bağlı mətbuatda və sosial şəbəkələrdə bəzi ittihamlar səslənir.

Teleqraf.com xəbər verir ki, dərc olunan xəbərlərdə Aygün Kazımovanın erməni agentləri ilə əlaqəsinin olması yazılıb. Müğənninin mətbuat xidməti məsələ ilə bağlı açıqlama yayıb. Həmin açıqlamanı təqdim edirik:

"İlk olaraq hər bir jurnalistdən xəbər yazarkən araşdırma aparmağı xahiş edirik. Şər və böhtan xarakterli məqalə dərc edən bütün media orqanları dərk etməlidir ki, məsuliyyətə dərc oluna bilər.

Bəs bu yalan informasiyanı yayan kimdir? Bu isə məsələnin əsas tərəfidir.

Aygün Kazımova haqda həqiqəti əks etdirməyən informasiyaları media nümayəndələrinə ötürən əslən azərbaycanlı olan Murad adlı şəxsdir. Sonradan özünü yarıqadın edərək Masya adı məşhurlaşan cinsi azlıq yaşam tərzinə görə Azərbaycanı tərk edib, bir müddət Türkiyədə yaşayıb. Qanunsuz əməllərinə görə Türkiyədən deportasiya olunub.

Həmin şəxs sosial şəbəkələrdə Azərbaycan adını ləkələməklə məşğuldur. Özünün əxlaqsız şəkillərini sosial şəbəkədə paylaşan Masya, azərbaycanlı olduğunu bəyan edir.

Masyanın uzun illərdir gürcü modelyer Ramazzo ilə ədavəti var. Aygün Kazımovanın həmin modelyerdən libaslar alması isə üzdəniraq həmyerlimizin xoşuna gəlmir. Məhz bu səbəbdən mütəmadi olaraq Aygün Kazımova haqda həqiqəti əks etdirməyən informasiyalar yaymaqla məşğuldur.

Təəssüf olsun ki, nüfuzlu media orqanları heç bir araşdırma aparmadan, yoxlamadan bu şəxsin dediklərini dərc edir. Hətta xəbərlərin yayılması üçün Masya tərəfindən bir sıra jurnalistlərə pul da təklif olunub.

Məsələnin gündəmə gələcəyini isə xalq artisti özü əvvəldən bildirdi. Məhz bu səbəbdən bu xəbərlərin çıxmasından bir neçə gün öncə 106.3 FM-də qonaq olan Aygün Kazımova canlı yayımda ona hazırlanan təxribatdan danışmış və bütün media nümayəndələrindən bu məsələyə ciddi yanaşmağı xahiş etmişdi. Onun sözlərini olduğu kimi təqdim edirik: “Bu yaxınlarda bir xəbər də çıxacaq. İndidən deyim, media işçiləri bilsin. Bir qrup mənə qarşı təxribat hazırlayır. Guya üzdəniraq qonşularımızla hansısa məsələdə adım hallanacaq. Bir onu deyim ki, erməniyə güllə atan erməni ilə dostluq eləməz. Amma bu xəbər də bu yaxınlarda çıxacaq. Mən belə şeylərə gülürəm. Başa düşürəm ki, “Aygün” sözünün sinonimi “gündəm”dir, “reytinq”dir, reklamdır. Bu xəbəri çıxardan insanların halına acıyıram”.

Bu mövzu təqribən iki il əvvəl ANS telekanalının keçmiş aparıcısı Aytən Səfərovanın səhlənkarlığı ucbatından gündəmə gəlib. Lakin xəbərin çıxdığı günün səhəri ANS telekanalının aparıcısı Aygün Kazımovadan üzr istəyib, xəbəri təkzib etmişdi".

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər