13 İyun 2014 11:03
1 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən günlərdə ekranlara vida edən məşhur türk serialı "Muhteşem yüzyıl"da Hürrəm Sultan obrazını yaradaraq özünü tanıtmağı bacaran alman aktrisası Məryəm Üzərli yeni şəkillər paylaşıb.

Sosial şəbəkənin aktiv istifadəçisi olan aktrisa izləyicilərini yeni görüntüləri ilə sevindirib. Bir zamanlar sevgilisi olan iş adamı Can Atəşdən dünyaya qız övladı gətirən Məryəm körpəsi ilə gəzintiyə çıxıb. Təmiz hava qəbul etmək üçün qızını təbiət qoynuna aparan Üzərli bol-bol şəkillər çəkib. Həm qızı həm də dostlarına vaxt ayıran Üzərli olduqca maraqlı gün keçirdiyini deyib.

Qeyd edək ki, qızının tam şəklini göstərməsə də aktrisa İnstagram və Facebook səhifəsində demək olar ki, hər gün övladına aid olan şəkilləri yerləşdirir./anspress/


Müəllif: