Aparıcı Afaq Gəncəli rəfiqəsi Nərgiz Məmmədova ilə münasibətindən danışıb.
Onun Teleqraf.com-a açıqlamasına görə, vaxtilə rəfiqələrin arasını vurmaq istəyənlər olub: “Aramızı vurmaq istəyiblər. Amma istəklərinə çatmayıblar. Allah mənə bacı verməyibsə, Nərgizi verib. Qohumluq bağımızın olması şərt deyil. Nərgiz xanımı dost kimi yox, bacı kimi qəbul edirəm. Bir- birimizdən küsəndə hər ikimiz addım atırıq. Əslində, indiyə qədər çox küsməmişik də. Bir-birimizə ərkimiz çatır”.
Rəqsanə