13 Mart 2016 11:54
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Məleykə Əsədova tədbirlərin birində jurnalistlərə yaradıcılıq planlarından danışıb.

Sinə dekoltesi və qısa ətəyi ilə diqqət çəkən aktrisa Axşam.az-a açıqlamasında türkiyəli ifaçı Muazzez Ersoyla dostluğundan danışıb. O, müğənninin ona "Bebek üzlü" deyə müraciət etməsi ilə bağlı sualları cavablandırıb: "Hamının sənətinə hörmətim var. Onun köməkçisi azərbaycanlıdır. Mənlə görüşəndə xarici görkəmim haqqında gözəl fikirlər söyləyir. Mənə "barby bebek" deyir. Mənə Türkiyədə hər zaman belə deyirlər. Bu da cizgilərimin incə olmasından irəli gəlir".

Bir vaxtlar saç düzümləri üçün tez-tez Türkiyəyə gedən M.Əsədova oradan aldığı təkliflərdən danışıb: "Əvvəl orada ustalara müraciət edirdim. İki ildir öz vətənimizdəki bir stilistə müraciət edirəm. Azərbaycanımızda gözəl ustalar var, başqa yerə ehtiyac yoxdur. "Aşkın bedeli" filminin kastinqi zamanı mənə də zəng vurmuşdular. Qızımla birlikdə orada çəkilməyə dəvət etdilər. Birincisi Gülər dərsə gedir. İkincisi isə ssenarini əvvəlcədən istədim. Onlara isə təcili aktrisa lazım idi. Tələsik heç nəyə razı olmazdım. Mən öz sənətimə çox hörmət edirəm. Öz dəyərimizi göstərmək istədim və imtina etdim".

Aktrisa seriallara dəvət aldığını və razılaşmamasının səbəbini açıqlayıb: "Deməmişəm ki, heç vaxt çəkilmərəm. Aktrisayam, çəkilmək arzusundayam. Seriallarımız da çox inkişaf edir. Sadəcə, canlandıracağım obrazda özümü tapmalıyam. Həm əsər, həm rejissor və aktyor işi, həm də aktyor heyəti gözəl olmalıdır. İnşallah, mənə də uyğun obraz olacaq. Təkliflər alıram. Ssenariləri oxuyuram. Obraz xoşuma gəlmir. Biz sənət fədaisiyik. Mənim istədiyim obraz da olacaq. İnanıram ki, onun da vaxtı gələcək. Bütün tamaşaçılar da ona sevə-sevə baxacaq".

Qızı Gülərdən danışan M.Əsədova onun əlaçı olduğunu söyləyib: "Gülər ingilis dilini gözəl bilir. Xaricə gedəndə mənim tərcüməçim olur. Hara səyahətə gedirik, onu orada məktəbə göndərirəm. Dərslərini gözəl oxuyur, həmişə yüz alır. İngilis dilindən özəl müəllimlə məşğul olur".


Müəllif:

Oxşar xəbərlər