14 Mart 2016 15:51
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə 14-18 mart tarixlərində Amerikanın “The Exchange” pop qrupunun Azərbaycana ilk səfəri təşkil olunub.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, “The Exchange” qrupu ABŞ Dövlət Departamentinin “Xaricdə Amerika Musiqisi” Proqramının bir hissəsi olaraq ictimai konsertlər verəcək və yerli musiqiçilər üçün ustad məşğələləri keçirəcəklər. Konsertlər 15, 16 və 17 mart tarixlərində Naxçıvan, Biləsuvar və Lənkəranda pulsuz təşkil olunacaq. Bakıda isə martın 18-də keçiriləcək. Bakıdakı konsert üçün biletləri şəhərin bütün kassalarında satılır. Bakıdakı konsert DJ Kənanla diskoteka ilə davam edəcək.

Xatırladaq ki, “The Exchange” oğlanlardan ibarət vokal-pop qrupdur. Onlar musiqi alətlərindən istifadə etmirlər və bütün mahnılarını akapellada oxuyurlar.


Müəllif:

Oxşar xəbərlər