14 Mart 2016 16:05
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Kamran Həsənli həmkarı Samir Piriyevin vəkili Ruslan Əhmədoğlunun ittihamlarına cavab verib.

Bu barədə Teleqraf.com-a danışan Kamran Həsənli həmkarına borclu olmadığını deyib: “Mənim Samirə borcum yoxdur. 2009-cu ildə Türkiyədə şirkətə pul qoymuşuq və çox təəssüf ki, şirkət iflasa uğrayıb. Hər ikimizə şirkət borcludur və bu haqda rəsmi məktub da göndərilib. Samir dəfələrlə deyirdi ki, vəziyyətim çətindir, krediti verə bilmirəm, borcum yığılıb. Obyekt indi də satılır və satıldıqdan sonra pulumuzu verəcəklər. Allah eləməsin ki, borca görə evimi satım. Borc-filan sözü olmayıb və evimi də satacağımı deməmişəm. Sadəcə deyilib ki, Türkiyədə obyekt satılacaq. Ortada heç bir ittiham yoxdur. Dava olmayıb, ölüm olmayıb. Bu, mülki işdir, borc da deyil. Pulumuz biznesə qoyulub. Hər şey istintaqdan sonra üzə çıxacaq”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər