15 Mart 2016 13:37
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Sevda Yəhyayeva bayram öncəsi sevənlərinə yeni mahnısını təqdim edib.

Teleqraf.com xəbər verir ki, “Hadi ordan” adlanan mahnının sözləri və bəstəsi Sezgin Kəskinə, oranjemanı isə Soner Kıvança aiddir.

Sezgin Kəskin Türkiyənin tanınmış sənətçiləri - Rafet El Roman, Yeşim Salkım, Burcu Güneş, Ebru Yaşar, Ezo, Pelin Kömürcü ilə çalışıb. Mahnı S.Yəhyayaevanın Türkiyədən aldığı ilk mahnıdır. Mahnının oranjemanı Türkiyədə, masteringi isə Amerikada reallaşıb. Sənətçi yeni mahnısına yaxın zamanlarda klip çəkdirməyi də düşünür.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər